Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 8-də Mayis Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mayis Abazər oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilsin”.
Qeyd edək ki, Mayis Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.