Naxçıvanda “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi form keçiriləcək

249

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iyunun 7-də keçirilən  iclasında qeyd olunub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri Vasif Talıbov tapşırıb ki, Tədbirlər Planına əsasən 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.

Ali Məclisin Sədri deyib ki, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri İSESKO-nun “Yaşıl şəhər strategiyası” ekspertlərinin görüşünün Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Bioresurslar İnstitutu ilə birlikdə Naxçıvan təbiəti ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi açılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: