Əbülfəs Qarayev: “İslam ölkələrinin yüksək səviyyəli nümayəndələri Naxçıvana gələcək”

282

NUHÇIXAN xəbər verir ki, bu sözləri iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasındakı çıxışı zamanı  Azərbaycan Respublikasının Mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrası ötən dövrdə diqqətdə saxlanılmışdır. Azərbaycan Milli Kitabxanasında Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı sərgi açılmış, bütün ölkə kitabxanalarında müvafiq guşələr yaradılmış, mədəniyyət müəssisələrində tədbirlər keçirilmişdir.

Eyni zamanda İSESKO-nun saytında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018” tədbiri haqqında ingilis, ərəb və fransız dillərində məlumat yerləşdirilmişdir.

Əbülfəs Qarayev daha sonra deyib: ““Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018″ tədbirinə böyük maraq vardır. Beynəlxalq təşkilatların və İslam ölkələrinin yüksək səviyyəli nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Qonaqların Bakı şəhərində qarşılanması və Naxçıvan şəhərinə yola salınması ilə bağlı bütün təşkilati işlər görülmüşdür. Muxtar respublikada yaradılan müasir infrastruktur və İslami dəyərlərin yaşadılması sahəsində görülən işlər tədbirin yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: