“Azərbaycan Milli Neft Komitəsi”nə yeni sədr seçilib

283

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin (İB) sədri seçilib.

İB-dən NUHÇIXAN-a bildirilib ki, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin növbəti iclası keçirilib. İclasda İctimai Birliyin yeni sədri, idarə heyətinin 19 nəfərdən ibarət tərkibi seçilib. “Azərbaycan Milli Neft Komitəsi” İB-nin yeni sədri energetika naziri Pərviz Şahbazov seçilib.

“Azərbaycan Milli Neft Komitəsi” İB 2005-ci ildə təsis edilib və həmin il Yohanesburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. 65 üzv ölkəni birləşdirən WPC dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. Hazırda Dünya Neft Şurasının icraiyyə komitəsinin prezidenti norveçli Tor Fjaerandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: