Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı davam edir

145

İyunun 7-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü gününə start verilib. Dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.

NUHÇIXAN xəbər verir ki, mundialın üçüncü günündə 13 yaş kateqoriyasında qaliblər müəyyənləşəcək. Həmçinin elit kateqoriyasında olan velosipedçilər mübarizəyə qoşulacaqlar.

Mundialın üçüncü günündə Azərbaycanı Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə təmsil edəcəklər.

Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.

Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: