Doyunca yatmamaq insanı genetik səviyyədə dəyişə bilir

292

Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbində aparılan yeni tədqiqatların nəticələri sübut edib ki, yuxusuzluq və psixoloji stress səbəbindən mikroRNT (ribonuklein turşusu) dəyişilir. Kodlaşdırılmayan bu kiçik RNT molekulları genin ekspressiyasında mühüm rol oynayır. Alimlərin apardıqları təcrübədə 27-53 yaş arası 32 sağlam insan iştirak edib.

NUHÇIXAN “MedDaily” saytına istinadla xəbər verir ki, ilk iki gün eksperiment iştirakçıları 8 saat yatıblar. Sonra onlar 39 saat ərzində qətiyyən yatmayıblar. Bundan sonra iştirakçılar daha 2 gecə 8-10 saat yatıblar. Alimlər 6 dəfə qan nümunələri götürərək, iştirakçıların plazmasında mikroRNT-ni öyrəniblər. Könüllülər, həmçinin bir neçə dəfə koqnitiv testlərdən keçiblər.

Tədqiqatçılar aşkar ediblər ki, könüllülərdə yatmamaq səbəbindən 10 mikroRNT, yuxu azlığı və psixoloji stress səbəbindən isə 18 mikroRNT dəyişilib. Diqqətlə bağlı aparılan testin nəticələrində 14, əqli məhsuldarlığın 7, yaddaşın isə 10 mikroRNT dəyişməsi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: