Prezident İlham Əliyev martın 16-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Naxcivantv.az-ın məlumatına görə sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:
Talıbov Rza Vasif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi
Nəbiyev Şahin Hidayət oğlu – Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi”.