Babəkdə yeni müəssisələr istifadəyə hazırlanır
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Araz kəndində iki yeni istehsal sahəsi yaradılır. Yaxın günlərdə kənddə işlənmiş yağların təkrar emalı müəssisəsi və quşçuluq sahəsi fəaliyyətə başlayacaq.
Yeni avadanlıqlar quraşdırılan avtomobil yağlarının təkrar emalı müəssisəsinin yaradılmasına ötən ildən başlanılıb. Burda işlənmiş motor yağları təkrar emal edilərək sürtkü yağına çevriləcək. Quraşdırılan avadanlıqlar İran İslam Respublikasından gətirilib. Müəssisədə 8 saatda 1,4 ton sürtkü yağı istehsal olunacaq. Alınan sürtkü yağı gəmiçilikdə istifadə üçün Türkiyə, Gürcüstan və Bolqarıstan respublikalarına ixrac olunacaq. İranlı iş adamları tərəfindən qurulan müəssisənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.
Kənddə inşa olunan quşçuluq müəssisəsində isə ilkin olaraq 20 min cücə yetişdiriləcək.
Novruz Məmmədov