Gənclər və İdman Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

526

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin  fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oxucular müasir dizaynda yaradılan və 8 bölmədən ibarət olan (baş səhifə, nazirlik, tədbirlər, mətbuat xidməti, gənclər siyasəti, idman siyasəti, qalareya və bizimlə əlaqə) saytda muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edə, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər.

Saytda eyni zamanda şəhər və rayonlarda fəaliyyət göstərən Gənclər və İdman İdarələri, nazirliyin tabe təşkilatları barədə də məlumatlar yerləşdirilib. Buradan onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə birbaşa keçid etmək mümkündür.

Bir yenilik isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə bağlıdır. Belə ki, nazirliyin rəsmi saytında federasiyaların sayt linkləri adları ilə qeyd olunub və bura daxil olmaqla, istənilən idman saytının fəaliyyəti barədə məlumat toplamaq mümkündür. Saytın üst hissəsində isə nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alır.

Gənclər və İdman Nazirliyi bu saytı yaratmaqla, həm də bir yeniliyə imza atıb. Belə ki, nazirliyin keçirəcəyi muxtar respublika, ölkədaxili və beynəlxalq turnirlər sayt vasitəsilə canlı yayımlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: