“Rusiya-2018”: Yoldaşlıq görüşündə Braziliya millisi Xorvatiya yığmasını məğlubiyyətə uğradıb

163

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandalar hazırlıqlarını davam etdirirlər.

NUHÇIXAN xəbər verir ki, iyunun 3-də dünya çempionatının bir sıra iştirakçısı yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.

Günün əsas qarşılaşması Braziliya ilə Xorvatiya komandaları arasında oynanılıb. Matçın birinci hissəsində hesab açılmayıb – 0:0. İkinci hissədə isə beş qat dünya çempionları rəqib qapısından 2 cavabsız qol keçiriblər. Uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara qayıdan Neymar matçın 69-cu dəqiqəsində hesabı açıb. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə Firminyo ikinci topu xorvatların qapısından keçirib – 2:0.

Digər matçlarda isə İspaniya ilə İsveçrə 1:1 hesablı heç-heçə ediblər. Kosta Rika millisi Şimali İrlandiya kollektivini, Peru komandası isə Səudiyyə Ərəbistanı yığmasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: