Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına hazırlıq məqsədilə bir sıra yoldaşlıq görüşləri keçirilib.
NUHÇIXAN xəbər verir ki, Almaniya millisi Avstriya yığmasının qonağı olub. Qarşılaşma Avstriya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 11-ci dəqiqəsində Məsud Özil hesabı açıb – 0:1. İlk hissə Almaniya yığmasının qələbəsi ilə başa çatıb.
Fasilədən sonra irəli atılan Avstriya yığması qarşılaşmanın 53-cü dəqiqəsində Martin Hintereggerin qolu ilə hesabı bərabərləşdirib – 1:1. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Alessandro Schoepf Avstriya millisinin qələbə topunu vurub.
Digər maraqlı qarşılaşma “Vembli” stadionunda keçirilib. İngiltərə millisi Nigeriya komandasını qəbul edib. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 7-ci dəqiqəsində İngiltərə millisinin heyətində Qərri Keyhil hesabı açıb. Oyunun 39-cu dəqiqəsində isə meydan sahiblərinin hücumçusu Heri Keyn ikinci topu qonaqların qapısından keçirib.
İkinci hissənin 47-ci dəqiqəsində Aleks İvobi qonaq komandanın qarşılaşmadakı yeganə qolunu vurub.
Belçika Portuqaliya görüşü qolsuz heç-heçə ilə başa çatıb.