Beynəlxalq yoldaşlıq görüşü: Fransa İtaliya millisini məğlub edib

185

Futbol üzrə dünya çempionatı ərəfəsində Fransa İtaliya millisi ilə yoldaşlıq görüşü keçirib.

NUHÇIXAN xəbər verir ki, “Alianz Rivyera” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 8-ci dəqiqəsində hesabı Samuel Umtitinin sayəsində fransızlar açıb – 1:0. Qarşılaşmanın 29-ci dəqiqəsində cərimə meydançasında kobud oyuna görə baş hakim Antonio Teylor italyanların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Antuan Qrizmann dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0. Qoldan yeddi dəqiqə sonra İtaliya millisinin kapitanı Leonardo Bonucci hesabı minimuma endirib – 2:1. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra matçın 63-cü dəqiqəsində Osman Dembele baxımlı qola imza atıb – 3:1. Bu qol oyunda sonuncu olub. Beləliklə, görüş Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda Tunis Türkiyə ilə üz-üzə qəlib. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb. Türkiyə millisinin heyətində Cenk Tosun, Caqlar Soyuncu Tunis komandasının heyətində isə Anic Badri və Fercani Sassi fərqləniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: