72 ildir davam edən ailə həyatı

82

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Tivi kəndinin sakinləri Məhəmmədəli və Fatmanisə Sultanovlar  evliliklərinin ildönümünü  qeyd ediblər.

98 yaşlı Məhəmmədəli Sultanov və 90 yaşlı Fatmanisə Sultanova 72 il əvvəl ailə qurublar. Onların 25 nəvəsi, 32 nəticəsi və 2 kötücəsi var. Uzunömürlü ailənin evliliyinin qeyd olunması münasibətilə keçirilən tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da qatılıblar.Tədbir iştirakçıları Sultanovları təbrik edib,onlara uzun ömür, cansağlığı arzu ediblər.

Sonda uzunömürlü ailəyə  hədiyyələr verilib.

Kəmalə Əliyeva

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: