7 ay ərzində Şahbuzda 1552 sığorta müqaviləsi bağlanıb

385

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda  sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Tədbirdə sığorta fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Daha sonra bildirilib ki, Şahbuz rayonu üzrə cari ilin  7 ayı ərzində, ümumilikdə, 1552 sığorta müqaviləsi bağlanılıb. Onlardan 396-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 659-u isə daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılıb.

Rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinini mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunub.

Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub.

Qeyd olunub ki, cari ilin ötən yeddi ayında rayonda 23 zərərçəkmiş vətəndaşa 13 min  572 manat vəsait ödənilib.

          

                                  Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: