Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki “Fairmont Dubai” otelində “uçan xalça” nağılı “canlandırılaraq”, foyedə dörd metrlik xalça-təyyarə quraşdırılıb.
NUHÇIXAN xəbər verir ki, müasir rəssam Natali Dağıstaninin ideyası ilə quraşdırılan xalçanın çəkisi 70 kiloqram, uzunlugu 4 metr, eni isə 2 metrdir. Xalça 4,5 hündürlüyündə yerləşdirlib və rəngbərəng bayram fənərləri ilə bəzədilib.
Müqəddəs Ramazan ayı münasibətilə bir çox ticarət-əyləncə mərkəzləri və otellər mövzuya aid müxtəlif obyektlər quraşdırırlar.