Azərbaycanda 5 il ərzində seçilmiş bitkilərdən seleksiyada istifadə edilərək keyfiyyətli sortlar yaradılacaq.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bununla bağlı yeni layihə hazırlanıb. 5 il ərzində xalq seleksiyası yolu ilə yaradılan qiymətli sortların və mühüm kənd təsərrüfatı bitkilərinin yaban əcdadlarının etibarlı mühafizəsi təşkil ediləcək, boşluqlar aradan qaldırılacaq, seçilmiş bitkilərdən seleksiyada istifadə edilərək yeni məhsullar və keyfiyyətli sortlar yaradılacaq.