“Araz” komandası “Mədəni irs” intellektual oyununda qalib gəlib

119

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin gəncləri arasında keçirilən “Mədəni irs” intellektual oyununun qalibləri müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, oyunda 8 komanda iştirak edib. Birinci turda “Melodiya” (Naxçıvan Musiqi Kolleci), “Araz” (Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi), “Arpaçay” (Şərur), “Turan” (Babək), “Gəmiqaya” (Ordubad), “Əlincəqala” (Culfa), “Çınqıllı” (Şahbuz Rayon Mədəniyyət Şöbəsi) və “Yaşıl budaq” (Sədərək) komandaları iştirak edib.

Birinci turda komandaların hər bir iştirakçısı üçün 5, ikinci turda (finalda) isə 10 sual verilib. İlk 9 sual Azərbaycanın və Naxçıvanın mədəniyyəti, incəsənəti ilə bağlı olub. Sonuncu sual isə Azərbaycan filmlərindən fraqmentlər göstərilməklə verilib. Hər bir sualın düzgün cavabı 100 balla qiymətləndirilib.

Maraqlı və gərgin keçən “Mədəni irs” intellektual oyununun final mərhələsinin nəticəsinə görə “Araz” komandası I, “Turan” komandası II, “Melodiya” komandası III yerə layiq görülüb.

Qalib komandalar mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: