3D-printer ev tikəcək

201

ABŞ-ın Texas ştatının Ostin şəhərində keçirilən “SXSW” konfransında 3D-printerin köməyi ilə betondan tikilən evin modeli təqdim edilib.

NUHÇIXAN xarici KİV-lərə istinadla bildirir ki, 60 kvadratmetr sahəyə malik evin çap edilməsi prosesinə təxminən 48 saat sərf olunur. Tikinti üçün 10 min dollar xərclənir.

İstehsalçılar ümid edirlər ki, xərclərin optimallaşdırılması və avtomatlaşdırılmış printerin təkmilləşdirilməsi ilə tikintiyə sərf olunan vaxtı 12-24 saatadək azaltmaq mümkün olacaq.

Robot-printer avtomatlaşdırılmış layihələndirmə üçün standart proqram təminatının köməyi ilə yaradılan çertyojlar üzrə işləyir. Beləliklə, bu evlərin gələcək sahibləri şəxsi evlərini yarada və ya hazır olanlardan birini seçə biləcəklər.

Layihə “Icon” tikinti şirkəti və inkişaf edən ölkələrdə evlərin inşasına kömək göstərən “New Story” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçiriləcək.

3D-çap texnologiyası ilə inşa ediləcək evlər ailələrə faizsiz ipoteka ilə 10 il müddətinə aylıq 30 dollar ödəmək şərti ilə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: