AFFA UEFA-nın prezidenti vəzifəsinə seçkilərdə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək

145

AFFA rəhbərliyi gələn il fevralın 7-də Romada UEFA-nın 43-cü Konqresi çərçivəsində qitənin ali futbol qurumunun prezidenti vəzifəsinə keçiriləcək seçkilərdə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.

NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, bununla əlaqədar UEFA-ya müvafiq rəsmi məktub göndərilib.

AFFA rəhbərliyi 2016-cı il sentyabrın 14-də UEFA prezidenti vəzifəsinə keçirilən seçkilərdə də A.Çeferinin namizədliyini dəstəkləmişdi. Həmin vaxt A.Çeferinin seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA onun namizədliyinin dəstəklənməsinə qərar vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: