Putinin Trampa hədiyyə etdiyi topun içində “juçok” olub?

436

İyulun 16-da Helsinkidə keçirilən görüşdə Rusiya prezidenti Valdimir Putin tərəfindən ABŞ prezidenti Donald Trampa hədiyyə edilən top kommunikasiya funksiyalı xüsusi çiplə təchiz olunub.

NUHÇIXAN-ın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, istehsalçı firma – “Adidas” öz saytında bu barədə izahat verib.

Firma bildirib ki, 2018-ci il dünya çempionatının bütün topları NFC (Near Field Communication) texnologiyasına sahibdir. Toplara çox kiçik çip yerləşdirilib ki, bu, smartfona yüklənmiş xüsusi proqram əlavəsinin köməyi ilə xüsusi kodu yığmağa imkan verir. Bundan sonra istifadəçi futbolçuların videolarına, azarkeş müsabiqələrinə və digər bu tipli kontentə çıxış əldə edir. Çip özü passivdir, hər hansı informasiya ötürmür və məhdud fəaliyyət radiusuna malikdir. Proqramdan yararlanmaq üçün cihazı topa yaxınlaşdırmaq lazımdır. Çip bank kartlarında quraşdırılmış və ödəmələrdə istifadə olunan çipi xatırladır. “Adidas” xəbərdarlıq edir ki, bu çipi dəyişdirmək və ya ona yazılmış informasiyaları silmək, köçürmək mümkün deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: