2019-cu ildə dünyada robotlaşdırılmış sistem və dronların alışına 115,7 milyard dollar xərclənəcək

121

“IDC” analitik şirkəti 2019-cu ildə dünyada robotlaşdırılmış sistem və dronların alış həcminin 17,6 faiz artaraq 115,7 milyard dollara çatacağını proqnozlaşdırır.

NUHÇIXAN  “Computerworld” resursuna istinadən xəbər verir ki, 2022-ci ilədək alış həcminin 210,3 milyard dollar təşkil edərək ildə orta hesabla 20,2 faiz artacağı gözlənilir. 2019-cu ildə robotlaşdırılmış sistemlərin payı 103,4 milyard dollara, dronların isə 12,3 milyard dollara bərabər olacağı ehtimal edilir, lakin dronların alışı daha sürətlə – ildə 30,4 faiz artacaq.

Məlumata görə, sistemlər seqmentində vəsaitlərin təxminən üçdə iki hissəsi avadanlıqların (robotlar, ehtiyat hissələri və sistem avadanlığı) alışına sərf olunacaq. Proqram təminatı seqmentində əsas pay robotların idarə edilməsi üçün əlavələrin və xüsusiləşmiş robot texnikası əlavələrinin payına düşür. Alış həcminin təqribən yarısına diskret istehsal sahəsi sahib çıxır. Sonrakı yerlərdə isə fasiləsiz istehsal, resurs hasilatı, səhiyyə sahələri və 2022-ci ilədək öz yerini pərakəndə satış seqmentinə verəcək istehlak seqmenti qərarlaşıb.

Növbəti ildə istehlak sinfinə aid dronların satışı 5,1 milyard dollar (ümumi həcmin 40 faizi) təşkil edəcək. Kommunal sahəsi 1,4 milyard dollar, tikinti 1,05 milyard dollar, diskret istehsal isə 913 milyon dollar dəyərində dron alacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: