2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək

205

Amerikanın nüfuzlu CNN telekanalı Bakı – Tbilisi – Qars dəmir yolunu səyahətlər haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmir yol marşrutlarının siyahısına daxil edib.

NUHÇIXAN xəbər verir ki, CNN saytında dərc olunmuş məqalədə deyilir: “Bu il dəmir yol səyahətləri həvəskarları üçün xoşagələn olub. Yeni sürətli marşrutlar iri şəhərləri əlaqələndirir, yola sərf edilən vaxtı azaldır. Səyahətçilərin uçuşa alternativ axtarmalarından, yoxsa sadəcə qatarda daha sürətlə getmək istəmələrindən asılı olmayaraq, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”.

Məlumat üçün xatırladaq ki, 2017-ci ildə açılmış Bakı – Tbilisi – Qars (BTQ) dəmir yolunun uzunluğu 513 milə (826 kilometr) bərabərdir. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yol 2019-cu ildə yeni marşrut təqdim edəcək. Bu marşrutla sərnişinlər Bakıdan Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edə biləcəklər.

Magistralda istifadə olunmaq üçün vaqonlar istehsal edən İsveçrə şirkətinin məlumatına görə, bu yolda qatarların maksimum hərəkət sürəti saatda 100 mil (160 kilometr) olacaq.

Hazırda sərnişinlər Azərbaycan və Türkiyə paytaxtları arasındakı yolu qət etmək üçün bir neçə dəfə minik dəyişməklə 40 saat vaxt sərf etməli olur.

Qeyd edək ki, Bakı – Tbilisi – Qars ilə yanaşı, Quançjou – Şençjen – Honkonq, Təl-Əviv – Yerusəlim, Tanjer – Kasablanka və “Eurostar” London – Amsterdam marşrutları da yeni dəmir yol marşrutlarının siyahısına daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: