2019-cu il dövlət büdcəsində beynəlxalq fəaliyyət üçün 207 milyon manatın ayrılması nəzərdə tutulur

144

Dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsində deyib.

Nazir bildirib ki, həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi xərcləridir. 4,2 milyon manat ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəalliyyətinin təmini ilə bağlıdır.

“Digər tərəfdən isə üzvlük haqqları ilə əlaqədar vəsaitlər nəzərdə tutulur. 23 milyon manat beynəlxalq maliyyə kreditinin, 24 milyon manat ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinin maliyyə təminatına ayrılıb. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırlması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümümiyyətlə ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması təmin olunub”,- deyə S.Şərifov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: