Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımını törədənləri lənətlədiyini ifadə edib.
Naxcivantv.az xəbər verir ki, çıxışında Xocalı soyqırımına münasibət bildirən Baş nazir Binəli Yıldırım deyib: “1992-ci ildə Azərbaycan torpaqlarında yüzlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Bu alçaq qətliamı törədənləri bir daha lənətləyirik”.