Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb.
NUHÇIXAN xəbər verir ki, mundialın üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşıblar. Saransk şəhərindəki “Mordoviya Arena”da oynanılan görüşün ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissədə əzimkarlıq nümayiş etdirən Danimarka millisi 59-cu dəqiqədə hesabı açıb. Kristian Eriksonun ötürməsini Yussuf Poulsen baxımlı qolla tamamlayıb. Bu, oyunda vurulan yeganə qol olub.
Beləliklə, Danimarka millisi 1:0 hesabı ilə qalib gələrək vacib 3 xal qazanıb.
Saat 23:00-da bu qrupun digər iştirakçıları – Xorvatiya və Nigeriya milliləri meydançaya çıxacaqlar. Azərbaycanlı futbolsevərlər həmin oyunu İctimai Televiziyadan izləyə bilərlər.