1085 vətəndaşa əmək pensiyası təyin edilib

399

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ilin oktyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Bu məqsədlə tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına, yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla pensiyaçıların şəxsi hesablarına köçürülüb.

2018-ci ilin 9 ayı ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 1085 vətəndaşa əmək pensiyası təyin edilib. Yeni təyin olunan pensiyaçılardan 584 nəfəri yaşa, 152 nəfəri əlilliyə, 349 nəfər isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Fond əmək pensiyaçılarına pensiyaların bankomatlardan plastik kartlarla ödənilməsini “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə həyata keçirib. Eyni zamanda kənd yerlərində yaşayan əmək pensiyaçılarına pensiyalar yaşayış yerlərindəki poçt bölmələri vasitəsilə çatdırılıb. Hesabat dövründə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və baratla poçt ünvanlarına müavinətlər ödənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: