100-dən artıq xəstə pulsuz müayinə olunacaq

94

Ulu öndər Heydər Əliyevin  95 illiyi münasibətilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 2 günlük humanitar tibbi aksiyaya start verilib.

NUHÇIXAN xəbər verir ki, aksiyalar çərçivəsində gözlə bağlı problemi olan pasientlərin müayinə və müalicəsi aparılır.

İki gün davam edəcək humanitar aksiya zamanı, ümumilikdə müxtəlif göz xəstəliklərindən əziyyət çəkən 100-dən artıq xəstənin müayinəsi, 8  nəfərin cərrahi əməliyyatı nəzərdə tutulub. Gün ərzində 4 mürəkkəb göz əməliyyatı aparılıb. Səyyar aksiyada göstərilən xidmətlərdən əsasən ahıllar, uşaqlar, eləcə də gənclər yararlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: