10 ildə muxtar respublikada 1305 kilometr uzunluğunda yeni avtomobil yolları salınıb

273

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, son on ildə muxtar respublikada 1305 kilometr uzunluğunda yeni avtomobil yolları salınıb, 51 körpü tikilib, 17 körpü isə əsaslı təmir olunub.

Həmçinin ötən dövrdə müasir avtobus parkı istifadəyə verilib, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri inşa olunub, sərnişin daşınması istiqamətində mühüm yenilik kimi İran ərazisindən keçməklə Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayıb. Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina inşa olunub, Şərq və Qərb terminalları istifadəyə verilib.

Dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilib, infrastruktur yenidən qurulub. Son dövrdə Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binalarında, Naxçıvan, Vəlidağ, Nehrəm, Dəstə, Dərəşam, Culfa, Qıvraq, Şahtaxtı stansiyalarının idarəetmə mərkəzlərində və digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılıb. 

2018-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunun bütün sahələri üzrə 7495 min ton yük, 47 min 693 min nəfər sərnişin daşınıb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,7 və 98,1 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: