10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

201

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: