1 ovuc dərmanı əvəz edən ədviyyatlar

250

Ədviyyatlar yeməklərimizə xüsusi dad verir, onları daha uzun müddət təzə saxlamağa kömək edir.

Bundan əlavə ədviyyatların bir çox unikal faydalı və  müalicəvi xüsusiyyətləri var.

– Ədviyyatlar antioksidantlarla zəngindir. Bu maddələr sərbəst radikalların orqanizmə olan mənfi təsirini azaldır və bununla da qocalmanı, xroniki xəstəliklərin (o cümlədən, şəkərli diabet, ürək xəstəlikləri, xərçəng) inkişafını ləngidir.

NUHÇIXAN xəbər verir ki, bütün ədviyyatlar anbakterial və virus əleyhinə xüsusiyyətlərə malikdir, immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabları azaldır.

– Ədviyyatlar xolesterinin səviyyəsini 10-15% aşağı salır. Bu xüsusilə darçın və sarıkök kimi ədviyyatlara aiddir. Yüksək xolesterin damarlarımızın qənimidir – damarları daraldır, sərtləşdirir, damarların partlamasının riskini artırır.

– Ədviyyatlar qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da şəkərli diabetin riskini azaldır.

– Ədviyyatlar arıqlamağa kömək edir. Bu təsir bir çox diyetoloqlar tərəfindən istifadə olunur. Ən tanınmış arıqladan içki darçın əlavə olunmuş qatıq sayılır.

– Bütün ədviyyatlar xərçəng əleyhinə təsirə malikdir. Bu səbəbdən yeməklərimizə ədviyyatları əlavə etməklə biz həm də xərçəngin riskini azaldırıq.

– Ədviyyatlar orqanizmi qurdlardan təmizləyir.

– Bir çox ədviyyatlar ürəyin sağlamlığını qoruyur. Bu xüsusilə zəfəran, dəfnə yarpağı, darçın və vanil kimi ədviyyatlara aiddir.

– Bəzi ədviyyatlar təbii antidepressant sayılır – əhvalı yaxşılaşdırır, stressi və depressiyanı azaldır. Bu xüsusilə darçın və vanil kimi ədviyyatlara aiddir.

– Ədviyyatlar beyinin fəaliyyətini yaxşılaşdırır.

– Bütün ədviyyatlar güclü afrodiziaklardır (cinsi meyli artırır).

Nəzərə almaq lazımdır ki, uzun müddət ərzində termik emala məruz qaldıqda ədviyyatlar öz faydalı xüsusiyyətlərini itirir. Bu səbəbdən ədviyyatları yeməklərə hazır olana yaxın əlavə etmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: