Əti qara, sümüyü qara, qiyməti 1252 manata olan toyuqlar

138

Vətəni İndoneziya olan qara toyuqlar görənləri heyrətə salır.

NUHÇIXAN-ın məlumatına görə, qara tüklü toyuq olmaqla yanaşı, bu ev quşları sümüyündən ətinə qədər qapqaradır. Bu toyuq Asiyada əksər marketlərdə satılır. Ən maraqlısı isə qara toyuğun yumurtasının ağ (adi toyuq yumurtası kimi) olmasıdır.

“Ay am Cemani” adı verilən qara toyuqlar Çin, Hindistan və Cənub-Şərqi Asiyada da var. Azərbaycanda bu toyuqları saxlayanlar olmasa da, Türkiyədə ara-sıra fermerlər qara toyuq yetişdirməyə başlayıb. Fermerlər əsas cəlb edən isə, bu toyuğun qiymətidir. Belə ki, bir qara toyuğun qiyməti 2-3 min lirədir (835 AZN – 1252 AZN). Bu toyuqların yumurtası da çox bahadır. Təxminən 30 lirə (12 AZN).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: