Əsgərlərə bayram sovqatı verilib

367

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin kollektivləri Şərur rayonu ərazisində yerləşən sərhəd zastavasına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram sovqatı gətiriblər. Əsgərlərlə səmimi söhbət zamanı Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev qeyd edib ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayramın qeyd olunması dünya azərbaycanlılarının birliyini və həmrəyliyini bir daha nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin sədri Hicran Muradov da əsgər və zabitləri təbrik edib, sərhədlərimizin qorunmasının şərəfli bir iş olduğunu vurğulayıb və onlara xidməti vəzifələrində uğurlar arzulayıb. Zabit Nurlan Quliyev diqqət və qayğıya görə zabit və əsgərlər adından minnətdarlığını bildirib.

Gətirlən bayram sovqatları əsgərlərə verilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlara da bayram sovqatı gətirib. Çıxış edən Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyevbayramlar münasibətiləməhkumları təbrik edib, 31 dekabr Həmrəylik Gününün harada olmasından asılı olmayaraq bütün azərbaycanlıların vahid amal uğrunda birləşdiyi gün olduğunu deyib. Nazir qarşıdan gələn ilin də hər biri üçün uğurlu il olmasını arzulayıb. Sonra gətirilən sovqatlar məhkumlara təqdim olunub.

                                  Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: