Türkiyənin Əruzum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.
NUHÇIXAN xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlandığı zaman baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb. Təyyarənin sərnişinləri təxliyə olunub.
Hava gəmisi Ərzurum-İstanbul marşrutu ilə uçuşa hazırlanırmış. Yanğına səbəb kimi benzin sızması göstərilir.