Ərdoğan: “İstanbulda Rusiya, Almaniya və Fransa liderləri ilə danışıqlar keçiriləcək”

225

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.

Bu barədə NUHÇIXAN RİA “Novosti”yə istinadən xəbər verir.

“Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransanın birgə sammiti keçiriləcək. Biz nə etmək lazım olduğunu müzakirə edəcəyik. Dördtərəfli görüşdə regionun problemləri müzakirə olunacaq”, – deyə Ərdoğan Suriya məsələsi ilə bağlı suala cavabında bildirib.

Dörd ölkənin rəhbəri həmçinin Türkiyə, Rusiya və İranın Suriya məsələsi üzrə üçtərəfli sammitini də müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: