Ən yeni “Samsung” televizorları “HDR10+” standartı üzrə sertifikasiyadan keçib

129

“Samsung Electronics” şirkətinin 2018-ci il model sırasına daxil olan “QLED” və “Premium UHD” televizorları “HDR10+” (High Dynamic Range – genişləndirilmiş dinamik diapazon) standartı üzrə sertifikasiyadan keçib və müvafiq rəsmi loqotiplə təchiz edilib.

NUHÇIXAN “3DNews” resursuna istinadla xəbər verir ki, təsviri yüksək keyfiyyətdə təmin edən “HDR10+” texnologiyası dinamik metaməlumatlardan istifadə etməklə hər səhnənin parlaqlıq səviyyəsini optimallaşdırmağa imkan verir.

Bildirilir ki, texnologiya sayəsində filmlər və digər videokontent rejissor və kinostudiyaların düşündüyü tərzdə canlandırılacaq. “HDR10+” panellərində təsvir daha dərin və realistik, maksimum parlaq, işıqlı çalarla və geniş tünd tonlarla görünəcək.

“HDR10+” texnologiyasını dəstəkləyən kontentin yaradılması ilə “Warner Bros” kinostudiyası məşğuldur. Belə materiallara evlərdə artıq bu il ərzində baxmaq mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: