“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış başa çatıb

220

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda  “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən, birinci yerə “Beyləqan” komandası, ikinci yerə “Bərdə” komandası, üçüncü yerə “Şəmkir” komandası layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: