Ən faydalı tərəvəz hansıdır?

107

Alimlər tərəvəzləri meyvələrdən daha faydalı hesab edir və gün ərzində meyvədən çox tərəvəz yeməyi tövsiyə edirlər.

Bir çox qida mütəxəssisləri, diyetoloqlar və həkimlər brokoli kələmini tərəvəzlər arasında ən xeyirlisi hesab edir. Vitamin, minerallar və qidalı liflərlə zəngin olan brokoli kələmi bütün orqan və sistemlərin fəaliyyətinə müsbət təsir edir, insanın ömrünü uzadır.

NUHÇIXAN sizə brokolinin faydalarını təqdim edir:

– mübadilə proseslərini tənzimləyir

– bağırsaqların normal fəaliyyətinə kömək edir

– ürək-damar sistemi üçün faydalıdır, infarkt və insultun riskini azaldır

– immun sisteminin fəaliyyətini stimullaşdırır

– xərçəng xəstəliklərinin (xüsusilə düz bağırsaq, yumurtalıqlar, süd vəzi xərçəngi) riskini azaldır

– depressiya ilə mübarizə etməyə kömək edir

– dərinin vəziyyətini yaxşılaşdırır

– arıqlamağa kömək edir.

Bütün bunları nəzərə alaraq mütəxəssislər brokolini mümkün qədər tez-tez yeməyi tövsiyə edir. Brokoli kələmini salatlara əlavə etmək, ət və toyuqla qarnir kimi yemək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: