Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

259

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti  əmək yarmarkası təşkil edilib.

Tədbirdə  çıxış edən Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov qeyd edib ki, Naxçıvan şəhərində son illərdə xeyli iş yerləri yaradılıb. Muxtar respublikada mütəmadi olaraq təşkil edilən bu cür əmək yarmarkaları  qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərin davamıdır.

Daha sonra işaxtaran vətəndaşlar təklif olunan işlərlə tanış olublar. Yarmarkada 44 nəfərə işə göndəriş verilib.

Məlumat üçün bildirək ki, əmək yarmarkasına 70 müəssisədən 668 iş yeri təqdim olunub. İş təklif edən müəssisələrdən 15-i özəl, 55-i isə dövlət müəssisəsi olub.

“Nuh yurdu”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: