Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir

258

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirlik tərəfindən  “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqinə dair  maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar yanvarın 11-də Naxçıvan şəhərində təşkil edilib. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil edilən seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin 44 nümayəndəsi iştirak edib.

Seminarda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində tətbiq edilən yeni metodlar barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi tərəfindən məlumatlar verilib, həmçinin “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin tətbiqi  mövzusuna dair videotəlimat və slaydlar nümayiş olunub.

Sonra, seminar iştirakçılarının mövzu ətrafında sualları  cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: