Çox vaxt ağappaq dişlərə sahib olmaq sağlamlıq əlaməti kimi qəbul olunur. Lakin aparılan tədqiqatlar bunun heç də belə olmadığını göstərir.
NUHÇIXAN xəbər verir ki, dişləri həm ev, həm də kliniki şəraitdə ağartmaq olar. Lakin bəyaz dişlərə sahib olmağın xeyirli cəhətləri ilə yanaşı, zərərli tərəfləri də var.
Kliniki şəraitdə ağartma seansları həddindən artıq aparılmamalıdır. Həmin proses ildə 2-3 dəfə aparılanda diş emalına zərərli təsir göstərir. Həddindən çox ağartma sonradan fəsadlara səbəb olur. Məsələn, dişlərdə həssaslıq artır, çox soyuq və çox isti maye və qida qəbul etmək mümkün olmur.
Mütəxəssislər söyləyirlər ki, hər kəsin fərdi olaraq dişinin çaları var. Dişlərin rəng çaları onların daxili rəngi, gen və yaşdan asılıdır. Ancaq bununla yanaşı, dişlərin rənginə təsir edən bir neçə amillər var. Məsələn, siqaret çəkənlərdə tütünün tərkibində olan nikotin, mədə-bağırsaq xəstəlikləri, normal qidalanmama, fırça və yuyucu vasitələrdən düzgün istifadə olunmaması da dişlərin rənginin dəyişməsinə səbəb ola bilər.
Ev şəraitində dişlərin ağardılması üçün soda və təbii limon suyunu qarışdıraraq fırça vasitəsilə dişlərə sürtmək olar.