Əlcəzair rəsmisi Naxçıvan nümayəndəliyində olub

210

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda Müvəqqəti İşlər Vəkili Abbes Benmoussat ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə sözügedən Şimali Afrika ölkəsi ilə Azərbaycan arasında qurulan  siyasi, iqtisadi, mədəni və təhsil sahələrindəki əlaqələrdən danışılıb.   Həmçinin bu iki ölkə arasında müxtəlif sahələrdəki  dostluq və əməkdaşlığa   Naxçıvan Muxtar Respublikasının verə  biləcəyi əlavə töhfələr müzakirə edilib. Xüsusilə, təhsil sahəsində tələbə mübadiləsi, qarşılıqlı sərmayə qoyuluşu və s. kimi məsələlər müzakirə edilib.

Qeyd olunub ki, Naxçıvanda hazırda təhsil sahəsində beynəlxalq səviyyədə, Avropalı mütəxəssislərin iştirakı ilə  uğurlu layihələr həyata keçirilir. Dünyanın bir sıra dövlətlərindən, o cümlədən Afrika ölkələrindən olan tələbələr muxtar respublikanın universitetlərində ali  təhsil alır.  Bundan başqa,  Naxçıvanda istehsal edilən məhsullar qonşu dövlətlərlə  yanaşı Yaxın Şərqə,  Avropa ölkələrinə də ixrac edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: