Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdan 5 il ötür

138

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 5-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Belə ki, Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Ordumuz qürurumuzdur” mövzusunda keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğundan  danışılıb. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri Naib Cəfərov və Zaur Həmidov, əsgər Sərvan Səfərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.

Sonra Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları alqışlarla qarşılanıb.

Sonda Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən sənədli filmə baxış olub.

Nəriman Nəcəfov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: