NUHÇIXAN-a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən xəbərə görə Əlahiddə Ümumqoşun Orduda üç pilləli, iki tərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb.
Təlimin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində oynanılması həyata keçirilib.