Əlahiddə Ümumqoşun Orduda Bayraq Günü qeyd edilib

145

NUHÇIXAN xəbər verir ki,  Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda tədbir keçirilib. 

Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilən bayrağımızın 70 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən qaldırıldığı qeyd edilib. Vurğulanıb ki, həmin dövrdə dahi lider Heydər Əliyev  xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı və 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Bu gün 3 rəngli, ay-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Sonra çıxış edənlər bildiriblər ki, bayraq Vətənə sədaqətin simvoludur. Çünki, ata-babalarımız döyüşlərə atılan zaman başları üzərində Vətən bayrağı olub. Məhz bunun nəticəsidir ki, min illərdir bayraq xalqımız üçün qürur mənbəyidir.

Çıxışların ardından videoçarx nümayiş olunub, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun üzvləri konsert proqramı ilə əsgərlər qarşısında çıxış ediblər.

Sonda tədbirdə fəal iştirak etdiklərinə görə “İnam” musiqi qrupunun üzvləri, şagird və kursantlar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən Fəxri fərmanla təltif ediliblər.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: