Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

293

NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramı”na uyğun olaraq, payız əkin mövsümündə kənd təsərrüfatına yararsız olan ərazilərdə yeni meyvə bağlarının salınması nəzərdə tutulub.

Bu məqsədlə ayrı-ayrı yerlərdə, o cümlədən dağlıq, dağətəyi zonaları  əhatə edən xüsusi mühafizə olunan təbiət ərazilərində tinglik sahələri yaradılıb və burada tinglərin yetişdirilməsi işləri aparılıb. Bu günə qədər 4000-dən çox meyvə tingi əkin mövsümünə hazırlanıb. Ting yetişdirilməsi və yeni meyvə bağlarının salınmasında rayonlaşdırma prinsipi əsas götürülüb. Həmçinin müxtəlif dərəcədə şoranlaşmış yerlərdə də bağların salınması planlaşdırılır.

Payız əkin işləri əsasən Naxçıvan şəhəri ərazisindəki Naxçıvan Təmizləyici Qurğular Kompleksinin ətrafında, Uzunoba su anbarının yuxarı hissəsində, Duzdağ massivində aparılacaq. Əkin işlərini Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin əməkdaşları həyata keçirəcək.

Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: