Əcnəbi tələbələr Ağbulaq İstirahət Mərkəzində olub

77

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində maarifləndirici tədbir keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, tədbirdə bildirilib ki, bu ali təhsil müəssisəsində 300-dən artıq əcnəbi tələbə təhsil alır. Mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır. Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məsələ Dövlət Miqrasiya xidmətinin diqqət mərkəzində saxlanılır.

Tədbirdə əcnəbi tələbələrin müvəqqəti olma və yaşama prosedurları, onların qanunvericiliklə müəyyən edilən hüquq və vəzifələri haqqında məlumat veriblər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı video-çarx nümayiş olunub, əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib, müvafiq müraciətlər qəbul edilib. Həmçinin Naxçıvan Biznes Mərkəzi ilə də tanışlıq olub.

Əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri də təşkil edilib. Mərkəzdə onların iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda viktorina və mini-futbol yarışı keçirilib.

Röyal Kərimov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: