Zinəddin Zidanın “Real Madrid” klubundan gedişinin səbəbi açıqlanıb

157

İspaniyanın “Real Madrid” klubunun sabiq prezidenti Ramon Kalderon baş məşqçi Zinəddin Zidanın komandadan gedişinin səbəbini açıqlayıb.

NUHÇIXAN “AS” nəşrinə istinadla xəbər verir ki, Ramon Kalderon deyib: “Zidan “kral” klubu ilə 2017-2018-ci il mövsümündə UEFA Çempionlar Liqasının qalibi olduqdan sonra öz şəxsi istəyi ilə komandadan ayrılıb. Buna səbəb hazırkı prezident Florentino Peresdir. Fransalı mütəxəssis Kriştianu Ronaldunun klubda qalmağını, Qaret Beyli isə satmağı istəyib. Amma Peres bunun əksini edib. Zidan klubun transfer məsələlərinə özü qərar vermək istəyirdi, təəssüf ki, orda hər bir məsələyə prezident qərar verir. Düşünürəm ki, Zidanın komandadan gedişi düz addımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: