Yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub

79

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında azyaşlı yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib, idmançılara uğurlar arzulayıblar.

Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvələsini sınayıb.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekun nəticəsinə görə Turqay Məmmədli, Ayxan Sərxanlı, Namiq Əlizadə, Uğur Cəfərov, Xəzər Abdullayev, Eldar Abdullayev, Onur Əlizadə, Elxan Əhmədli, Süleyman Məmmədov, Bayram Allahverdi və Murad Mirzəmmədov müvafiq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıblar.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: