Yeni uşaq bağçasında işlər yekunlaşıb

272

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-uşaq siyasəti bu gün muxtar respublikamızda uğurla həyata keçirilir. Uşaqların məktəbəqədər fəaliyyətinin yüksək səviyyədə təşkil olunması istiqamətində də məqsədyönlü iş aparılır, məktəbəqədər tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları müasir binalarda yerləşir.

Naxçıvan şəhərinin 48-ci məhəlləsində inşa edilən yeni uşaq bağçasının binası da müasir tələblərə cavab verir. İnşasına ötən ilin aprel ayında başlanılan uşaq bağçası 10 qrup, o cümlədən 3 körpə yaşlı, 7 bağça yaşlı qrup olmaqla 200 uşaq üçün nəzərdə tutulub.

Obyektin tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada işlər artıq yekunlaşıb. Bağçanın həyətində də geniş abadlıq işləri aparılıb. 

Hazırda binanın daxilində və həyətyanı sahədə təmizlik işləri aparılır.

“Nuh yurdu qəzeti”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: