Yeni kontroller fiziki imkanları məhdud insanlara oyunlar oynamağa imkan verəcək

86

“Microsoft” korporasiyası fiziki imkanları məhdud insanlar üçün “Xbox Adaptive Controller” kontrollerini rəsmən təqdim edib.

NUHÇIXAN “life.ru” resursuna istinadən yazır ki, qurğunun işi barədə məlumat verən tərtibatçıların sözlərinə görə, kontrollerin üz hissəsində xaç şəklində böyük düymə və iki iri klaviş yerləşir. İstifadəçi klavişlərin üzərində adi “Xbox One” kontrollerinin istənilən düyməsinin funksiyalarını təyin edə bilər. Həmçinin qurğunun arxa tərəfində qoşulma üçün 3,5 millimetrlik 19 çıxış quraşdırılıb. Onların hər biri coystikin ayrıca klavişi üçün nəzərdə tutulub.

Korporasiya nümayəndələrinin sözlərinə görə, bir sıra kənar istehsalçılar tərəfindən “Microsoft”a dəstək nümayiş etdirilib. Bunun sayəsində onların qurğularını kontrollerə qoşmaq mümkün olacaq. Oyun həvəskarları xüsusi düymə, pedal və digər periferiyalardan faydalana biləcəklər.

Bu il satışa çıxarılacaq “Xbox Adaptive Controller” kontrollerinin qiyməti 100 dollar təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: